UEFA nümayəndələri Azərbaycan hakimlərinə seminar keçiblər
- 15:40
- 32
UEFA nümayəndələri Azərbaycan hakimlərinə seminar keçiblər.
Bu barədə Rekord.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.
UEFA Azərbaycanlı elit kateqoriyalı hakimlərin Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində hazırlıq prosesi keçirilir.
Hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub və ədalət təmsilçilərinin çəki indeksi yoxlanılıb. Milli assosiasiyanın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü Karlos Velasko tərəfindən "Meydanda mövqe seçimi" və "Oyunun idarəolunması" mövzularında nəzəri və praktiki seminarlar təşkil olunub.
Həmçinin UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.