FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.


Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.


Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.