U-20 Bakı şəhər birinciliyi başa çatıb
- 17:00
- 38
Cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi başa çatıb.
Rekord.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 6 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Turnirdə ümumilikdə 172 cüdoçu qüvvəsini sınayıb.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
Son günün medalçılarını təqdim edirik:
Oğlanlar
-66 kq
1. Əhməd Rüstəmov (Neftçi İK)
2. Məhəmməd Əliyev (Azəri-Cüdo İKİB)
3. Fəxri Sahibzadə (DİN İC)
3. Kənan Məmmədov (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
-81 kq
1. Kənan Məmmədli (Judo Club 2012)
2. Əhməd Mehdiyev (Atilla İK)
3. Emil Hüseynzadə (Atilla İK)
3. Həşim Abbasov (Atilla İK)
-100 kq
1. Vidad Əliyev (Judo Club 2012)
2. Ramazan Qabibov (ACF Bakı CTM)
3. Fərid İsmayılov (Judo Club 2012)
Qızlar
-52 kq
1. Leyla Əliyeva (Judo Club 2012)
2. Xədicə Namazlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Gülbəniz Kərimli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
-63 kq
1. Ayan Əliyeva (Neftçi İK)
2. Zəhra Hüseynzadə (Xəzri İK)
3. Lalə Pənahova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-78 kq
1. Əsmər Əliyeva (Neftçi İK)
Yekunda medalların əyarına görə ümumi komanda hesabında Neftçi İK (3-1-1) I, Judo Club 2012 (3-0-1) II, Respublika Kompleks İdman Məktəbi isə (2-0-1) III yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub.