Almaniya Bundesliqasında 26-cı turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

“Volfsburq” - “Auqsburq” və “Frayburq” - “Herta” görüşlərində qalib müəyyənləşməyib. “Leypsiq” evdə “Maynts”a, “Şalke” isə “Bayer”ə 3 cavabsız qolla uduzub. “Union Berlin” “Ştutqart”la ev oyununda darmadağınla qalib gəlib.

Turun mərkəzi matçında isə “Bayern” evdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Dortmundluların sabiq baş məşqçisi Tomas Tuxelin Münhen təmsilçisindəki debüt matçı komandası üçün uğurlu alınıb. Meydan sahibləri bu matçda inamlı qələbəyə seviniblər.

Almaniya Bundesliqası
26-cı tur

31 mart

Ayntraxt – Bohum 1:1
Qol: Kolo Muani, 22-pen – Asano, 14.

1 aprel

Frayburq – Herta 1:1
Qol: Qrifo, 52 – Nqankam, 77.

Leypsiq – Maynts 0:3
Qol: İnqvartsen, 9.

Şalke – Bayer 0:3
Qol: Frimponq, 50. Virts, 61. S.Azmun, 90+2.

Union Berlin – Ştutqart 3:0
Qol: Bekker, 51. Behrens, 65. Haraquçi, 68-öz qapısına.

Volfsburq – Auqsburq 2:2
Qol: Valdşmit, 84. Nmeça, 90+6 – Arnold, 2-öz qapısına. Berişa, 32.

Bayern – Borussiya (Dortmund) 4:2
Qol: Kobel, 13-öz qapısına. Müller, 18; 23. Koman, 50 – E.Can, 72-pen. Malen, 90.

2 aprel

17:30. Köln – Borussiya (Mönhenqladbax)
19:30. Verder – Hoffenhaym