Azərbaycan AÇ-də 40 şahmatçı ilə təmsil olunacaq
- 14:00
- 33
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək.
Rekord.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.
Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıblar.
Ümumilikdə 49 ölkədən 1250 zəka sahibi 6 yaş kateqoriyasında medallar uğrunda yarışacaq.
Qeyd edək ki, şahmatçılarla yanaşı, yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov, həmçinin nümayəndə heyətinin rəhbəri Raul Quliyev də Yunanıstana yollanıblar.