"Xilasedici" CEV Çempionlar Liqasında mübarizəyə başlayır
- 10:45
- 40
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında bu gün mübarizəyə start verir.
Rekord.az xəbər verir ki, Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələcək.
2-ci təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.