“İstədiyimiz hədəfə çatacağıq” – Zaur Həşimov
- 22:00
- 31
“Şəfa” bu gün Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib. Həşimov 1:1 hesabı başa çatan matçı belə şərh edib:
“Bir neçə turdan sonra ilk xalımızı qazanmışıq. Sevincliyik bir tərəfdən. Digər tərəfdən də, məyusuq ki, qələbəni əldən verdik. Futbolçularıma təşəkkür etdim. Həqiqətən, çox sevincliyik.
Bundan əvvəl uduzduğumuz oyunlarda da komanda mübarizə aparırdı. Amma “Şamaxı” ilə matçda daha da yaxşı çıxış etməyə başladıq. Düşünürəm ki, “Şəfa” olaraq istədiyimiz hədəfə çatacağıq.
İsa Sulimanın epizodunda əllə oyun var idi. Hakim də belə izah etdi ki, təsadüfi epizod oldu. Ümumiyyətlə, səhvlər var, amma inanmıram ki, qərəz olsun. Uduzduğumuz oyunlarda da hakimliklə bağlı heç vaxt danışmamışam”.