Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.


Rekord.az xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının oyununu idarə edəcək.


O, İspaniyada yerli "Vilyarreal" və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq.


K.Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.


Xatırladaq ki, "Vilyarreal" - PSJ oyunu sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.