Bilyardın snuker növü üzrə Azərbaycan çempionatı başa çatıb.


Bu barədə Rekord.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib


Orxan Qubatov çempionatın qalibi olub.


Orxan Rzayev ikinci, Vüqar Omarov və Tural Zeynallı isə üçüncü yeri tutublar.