“Neftçi”dən bərpa məşqi
- 18:30
- 37
“Neftçi” bərpa məşqi edib.
Komanda.az xəbər verir ki, dünən “Şamaxı” ilə səfər matçından qalib ayrılan (3:2) komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində bərpa prosesini yerinə yetiriblər.
“Ağ-qaralar” növbəti oyununu “Kəpəz”ə qarşı keçirəcək. Misli Premyer Liqasının 11-ci tur matçı “Palms Sports Arena”da keçiriləcək və noyabrın 6-da, saat 20:00-da start götürəcək.