Kişilərdən ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır. "Rekord.az" xəbər verir ki, təmsilçimiz sabah yarışın ikinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Bakı klubu bu mərhələdə Portuqaliyanın "Sporting CP Lisboa" klubu ilə qarşılaşacaq. Noyabrın 3-də Bakıda FHN-nin idman zalında keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada təşkil olunacaq.
 
CEV Çempionlar Liqası
3 noyabr
2-ci təsnifat mərhələsi

   18:00 "Xilasedici" - "Sporting CP Lisboa"