Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.


Rekord.az xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.


Plovdivdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.


Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.