
Türkiyəli basketbolçu Azərbaycan klubunda
- 16 Fev 2025 16:00
- 153
"Abşeron" BK heyətini yeni basketbolçu ilə gücləndirib.
Rekord.az bu barədə klubun mətbuat xitmətinə istinadən məlumat verir.
Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.
24 yaşlı oyunçu son olaraq ölkəsinin 1-ci liqa komandası "Kapaklıspor"da çıxış edib.
O, karyerası ərzində "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub. Türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.