"Turan Tovuz" daha bir futbolçu ilə gücləndi
- 2022-06-22 13:00
- 868
“Sabah”la “Turan Tovuz” arasında sövdələşmə baş tutub.
Rekord.az xəbər verir ki, klublar Veysəl Rzayevin icarə məsələsində razılığa gəlib.
Beləcə, yarımmüdafiəçinin növbəti mövsümü qərb təmsilçisinin düşərgəsində qətiləşib.
Rzayev 2020-ci ildə Azərbaycan Premyer Liqasında debüt edib. Bu hadisə V tur çərçivəsində keçirilmiş “Sabah” - “Keşlə” (0:2) oyununda rəsmiləşib. (sportinfo.az")