"Bavariya"nın baş məşqçisi Tomas Tuhel 2024-cü ilin yayında Münhen klubundan ayrılmaq qərarını dəyişməyəcəyini bildirib.

"Rekord.az" Almaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Bu, “Bavariya”nın baş məşqçisi kimi son mətbuat konfransımdır. Danışıqlar oldu, amma razılığa gələ bilmədik. Ona görə də fevral qərarı qüvvədə qalır”.

Qeyd edək ki, Tuhel 2023-cü ilin martından Münhen təmsilçisini. Onun rəhbərliyi altında komanda 37 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 15 dəfə məğlub olub.

Bu mövsüm "Bavariya" 33 turdan sonra 72 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.