
“Tottenhem” avrokuboklarda bunu ikinci dəfə bacardı
- 02 May 2025 12:30
- 60
İngiltərənin "Tottenhem" klubu avrokuboklar tarixində ikinci dəfə oyunun ilk dəqiqəsində qol vurub.
Rekord.az xəbər verir ki, London təmsilçisi sonuncu dəfə 1971-ci ilin dekabrda bunu bacarıb.
Paytaxt klubu ötən gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında, evdə Norveçin "Bodo Qlimt" komandasına 3:1 hesabı ilə qalib gəlib. Görüşün 1-ci dəqiqəsində Brennan Conson hesabı açıb.
"Tottenhem" 1971-ci ildə UEFA Kubokunda (hazırkı Avroliqa) Rumıniyanın "Rapid" (Buxarest) kollektivi ilə qarşılaşmanın ilk dəqiqəsində rəqibi məyus edib.