“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında sabah TNS-lə (Uels) qarşılaşacaq.


Rekord.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.


Konfransda iştirak edən komandanın serbiyalı yarımmüdafiəçisi Velko Simiç də fikirlərini bölüşüb:


“Biz həqiqətən çox yaxşı təlim-məşq toplanışı keçirdik. Öz oyun üslubumuza köklənmişdik. Biz həqiqətən öz oyunumuzu düşünürük. Sabahkı matça çox yaxşı hazırlaşmışıq”.


Oyun iyulun 7-də, “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə keçiriləcək.