CEV Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “Xilasedici” klubu bu gün ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz bu mərhələdə Portuqaliyanın “Sporting CP Lisboa” klubu ilə qarşılaşıb.

Cütün ilk qarşılaşması Bakıda baş tutub. FHN-in idman zalında təşkil olunan görüş gərginliyi ilə yadda qalıb. 5 set davam edən matçda "Xilasedici" 2:3  hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandaların cavab oyunu noyabrın 11-də Portuqaliyada keçiriləcək.


CEV Çempionlar Liqası-kişilər (2-ci təsnifat mərhələsi)

3 noyabr (1-ci oyun)

   "Xilasedici" - "Sporting CP Lisboa" 2:3 (23:25,  25:19, 25:23, 23:25, 10:15)