"Turan" ÇL-də növbəti qələbəsini qazandı
- 21:56
- 37
Qadın voleybolçular arasında çempionlar Liqasında mübarizə aparan "Turan" klubu növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təmsilçimiz 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritza Plovdiv" kollektivi ilə üz-üzə gəlib.
Səfərdə baş tutan ilk görüş Tovuz klubu üçün uğurlu alınıb. 3 set davam edən qarşılaşmada komandamız 3:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə ilə "Turan" qrup mərhələsinə bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 10-da Tovuzda baş tutacaq. Həmin qarşılaşmada da qalib gələcəyi təqdirdə "Turan" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.
Çempionlar Liqası
3 noyabr
3-cü mərhələ (İlk oyun)
"Maritza Plovdiv" - "Turan" 0:3 (22:25, 22:25, 20:25)