"Sumqayıt"ın gənc istedadı Qırğızıstanda ən yaxşı seçildi
- 12:00
- 84
Bu yaxınlarda “Sumqayıt”-ın U-11 komandası Qırğızıstanda keçirilən “Lions Cup: Dordoi Trophy 2” turnirində iştirak edib.
Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə10 kollektiv arasında 5-ci pilləni tutub.
Komandanın futbolçusu Binyamin Qazıyev turnirin ən yaxşı 5 oyunçusundan biri seçilərək fərdi mükafata layiq görülüb. Bünyamin haqqında onu deyək ki, 2015-ci il təvəllüdlüdür. Futbolun sirrlərini ilk olaraq hazırkı "Şamaxı", əvvəlki "İnter"in akademiyasında öyrənib. Daha sonra futbola "Sumqayıt" Futbol Akademiyasında davam edib. Hazırda akademiyanın ən istedadlı, böyük pespektiv vəd edən futbolçularından sayılır. Öz yaşından əlavə, bir yaş böyük qrupun da məşqlərinə cəlb olunur.