
“Sumqayıt”dan baş məşqçisi ilə yeni müqavilə
- 15:15
- 46
"Sumqayıt" basketbol klubu baş məşqçisi Vadim Kuramşınla əməkdaşlığı davam etdirəcək.
Bu barədə Rekord.az-a klubdan məlumat verilib.
Komandanı yeni mövsümdə də təcrübəli mütəxəssis çalışdıracaq.
Qeyd edək ki, Vadim Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.
Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komda "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.