“Sumqayıt”da yeni futbolçu
- 01 Noy 2025 21:20
- 40
“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.
Rekord.az xəbər verir ki, komanda son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sankt Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.