“Sumqayıt”da braziliyalı qapıçı
- 21:57
- 40
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, sözügedən klub braziliyalı qapıçı Xeymes Almeydanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xeymes son olaraq Portuqaliyada “Pasuş de Ferreyra”da çıxış edib.