
“Sumqayıt” heyətinə yeni basketbolçu qatdı
- 11 Yan 2025 14:20
- 285
"Sumqayıt" klubu heyətinə yeni basketbolçu qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub "Sərhədçi"dən ayrılan Kamran İmanovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, İmanov ötən mövsüm də Sumqayıt təmsilçisində forma geyinib.