
“Sərhədçi”də yeni baş məşqçi
- 01 Sen 2025 15:30
- 203
"Sərhədçi" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın "sükanı arxasına" Anar Sarıyev keçib.
Onun köməkçisi Abyerk Acar olacaq. A.Acar həm köməkçi, həm də fiziki hazırlıq üzrə məşqçi kimi klubda fəaliyyət göstərəcək.