
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
- 10 Sen 2025 18:20
- 44
"Sərhədçi" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Əli Həsənovu heyətinə qatıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Əli Həsənov son olaraq "Ordu" kollektivində çıxış edib.