
“Sərhədçi” amerikalı basketbolçu ilə müqavilə imzaladı
- 29 Sen 2025 16:15
- 149
Mövsümün hazırlıqlarını davam etdirən "Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.
Bu barədə Rekord.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Bakı klubu ABŞ-dən olan Ceymond Vinsentlə anlaşıb. Onunla mövsümün sonun qədər müqavilə imzalanıb.
Oyunçunun son klubu "New Orleans Privateers" olub.