
“Şəki” növbəti transferini reallaşdırdı
- 15:20
- 42
"Şəki" növbəti transferini reallaşdırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümün 2-ci yarısını "Gəncə"də keçirmiş amerikalı Malek Terill Deyvislə müqavilə imzalanıb.
1,80 metr boya malik 24 yaşlı basketbolçu daha əvvəl Çin və Litva çempionatlarında da çıxış edib.
Basketbolçu ötən mövsüm "Gəncə"nin "Şəki" ilə baş tutan 7 oyununun son 4-də meydanda olub və 44 xal toplayıb.