"Şəki" heyətini yeni basketbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisi ötən mövsümü "Abşeron"da keçirən Məhəmməd Sadıkovla anlaşıb.


Bununla da "Şəki" transfer çalışmalarını başa vurub. Ötən mövsüm Azərbaycan Basketbol Liqasını 3-cü sırada tamamlayan komanda daha əvvəl Rəşid Abbasov, türkiyəli Dorukhan Kuzu, serbiyalı David Çekiç, amerikalılar – Samir Styuart, Malek Deyvis, Tayland Krouford, Devon Cenkins və Kerard Riçardsonu heyətinə qatıb