AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Şəfa-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.

“Zirə-2” – “Şəfa-2” oyununun 73-cü dəqiqəsində “Şəfa-2” komandasının heyətində adı protokolda olmayan 85 nömrəli futbolçu Murad Fərzəliyev oyuna daxil olduğuna görə “Şəfa-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Şəfa-2” komandası 500 manat cərimə edilib.

“Kəpəz-2” – “Sabah-2” oyununun 79-cu dəqiqəsində “Sabah-2” komandasının 66 nömrəli futbolçusu Əhməd Tanrıverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Sabah-2” komandası 300 manat cərimə edilib.