Son illərdə ciddi maddi sıxıntı çəkən "Səbail"də həm büdcə azaldılmış, həm də mükafat fondu ləğv olunmuşdu. Yəni qələbəyə görə, futbolçular mükafat almırdı.

Rekord.az xəbər verir ki, yeni mövsümə ciddi hazırlaşan, sponsorlardan dəstək alan Bayıl təmsilçisi mükafat fondunu da bərpa edib.

Yeni baş məşqçi Mahmud Qurbanovun da istəyi ilə, növbəti mövsüm oyunların çəkisinə görə, hər oyuna mükafat qoyulacaq. Bu məsələ futbolçuların müqavilələrinə də daxil ediləcək.