Samir Abasova 4 oyunluq cəza
- 14:20
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 11-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.
“Zirə” – “Turan Tovuz” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.
“Zirə” – “Turan Tovuz” oyununun 61-ci dəqiqəsində “Turan Tovuz” komandasının 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz” komandası 500 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Neftçi” komandası 10000 manat cərimə edilib.