PSJ yayda “Liverpul”un futbolçusu  Məhəmməd Salahı transfer etməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, bu barədə “Telefoot” məlumat yayıb.

Paris klubu artıq 28 yaşlı hücumçunun menecerləri ilə danışıqlara başlayıb. Misirli oyunçunun “mersisaydlılar”la müqaviləsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Salah bu mövsüm 30 matçda 19 qol vurub və 3 qolun ötürməsini verib