Sabiurabadda cüdo üzrə region birinciliyi keçirilib
- 14:22
- 35
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində yeniyetmə, gənc oğlan və qızlar arasında cüdo idman növü üzrə region birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Sabirabad Cüdo təlim mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vüqar Kərimov idmançıları salamlamış və onlara uğurlar arzulayıb. Yarışda 80-ə yaxın cüdoçu arasında 10 çəki dərəcəsində qaliblər bəlli olub. I, II, III yerlərin sahibləri diplom və medallarla təltif ediliblər. Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.