“Qəbələ” Premyer Liqanın 28-ci turunda “Sabah”la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, aprelin 2-də Bakıda təşkil olunacaq görüş iki komanda arasında 23-cü matç olacaq.

Bunadək rəqiblər ümumilikdə 22 dəfə görüşüb. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə eib və 10 dəfə uduzub. Rəqib qapısına 24 qol vuran “Qəbələ” futbolçuları 30 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 22 matçdan 18-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 10 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 16-28.

“Qəbələ” səfərdəki 11 görüşdə 5 dəfə qaib gəlib. Digər 6 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15-11.

Xatırladaq ki, aprelin 2-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” oyununa saat 18:00-da start veriləcək.