"Naxçıvan" basketbol klubunun "Sabah"a qarşı mübarizə aparması prestijdir.


Rekord.az xəbər verir ki, bunu Naxçıvan kollektivinin baş məşqçisi Nikola Bozinoski Azərbaycan Basketbol Liqasında "Sərhədçi"yə qarşı pley-inn mərhələsinin ikinci oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.


Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:


"Rəqib oyuna çox yaxşı başladı. Biz də onlara istədiyimiz kimi qarşılıq verdik. Əvəzetmələr zamanı ehtiyat oyunçu seçimimizin daha geniş olması komandaya üstünlük qazandırdı və bu amil meydanda mübarizəni daha rahat aparmağımıza şərait yaratdı. Bu da oyunun qırılma anlarından biri oldu. Pley-off mərhələsindəki rəqibimiz "Sabah"a qarşı mübarizə aparmaq bizim üçün prestijdir. Bu matçda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".


Qeyd edək ki, "Naxçıvan" hər iki matçda "Sərhədçi"yə qalib gəlib (98:87, 93:80).