İntizam Komitəsinin iclası keçirilib.


Futbolinfo.az xəbər verir ki, Azərbaycan Kuboku 2-ci təsnifat mərhələsi ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Səbail”– “Zirə” oyununun 80-ci dəqiqəsində “Səbail” komandasının 90 nömrəli futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə aldığına görə 1 oyun cəza alıb, “Səbail” komandası 150 manat cərimə edilib.


“Səbail”– “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.


MOİK – “Şahdağ Qusar” oyununun 73-cü dəqiqəsində MOİK komandasının 80 nömrəli futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, MOİK komandası 900 manat cərimə edilib.


“Şəfa” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri”  komandasının həkimi olmadığına görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilib.


“Xankəndi” – “Gəncəbasar” oyununda “Xankəndi” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilib.


“Zəngəzur” – “Karvan-Yevlax” oyunu Təcili Tibbi yardım Avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” komandası 200 manat cərimə edilib.