Ən ağır cəza “Qarabağ”a kəsildi
- 14:40
- 41
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Misli Premyer Liqasının 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Turan Tovuz” komandası 2500 manat cərimə edilib.
“Turan Tovuz”– “Sabah” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.
“Qəbələ”– “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” komandası 1000 manat cərimə edilib.
“Qəbələ”– “Qarabağ” oyununda “Qarabağ” komandasının 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilib.
“Qəbələ”– “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilib.
“Şamaxı”– “Neftçi” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” komandası 2500 manat cərimə edilib.
“Şamaxı”– “Neftçi” oyununda “Neftçi” komandasının fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “Neftçi” komandası 500 manat cərimə edilib.
“Sumqayıt”– “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 700 manat cərimə edilib.