
“Sabah” sonuncu yoxlama oyununda Litva klubuna uduzdu
- 16 Sen 2025 23:00
- 28
Litvada təlim-məşq toplanışında olan "Sabah" yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, ev sahibi ölkənin "Ritas" kollektivi ilə qarşılaşan paytaxt təmsilçisi 93:105 hesabı ilə uduzub.
"Sabah" Azərbaycanı ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək. "Bayquşlar" Litvada keçirdikləri yoxlama oyunlarında ev sahiblərinin "Yuventus" (90:83), "Qarqjday" (96:92) və "Nevejis" (108:82) klublarını məğlub edib, "Neptunas" (88:98) və "Jalgiris" kollektivlərinə (58:75) uduzub.