“Sabah” çalışdırdığım ən yaxşı komandadır” - Dambrauskas
- 00:40
- 38
"Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır".
Rekord.az bu barədə klubun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" lə cavab qarşılaşmasından sonra mətbuat konfransında deyib.
"Çox möhtəşəm gecədir, gözəl atmosferdir. Azarkeşlərə təşəkkür edirəm. Oyunçular möhtəşəm oynadılar. "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq . Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm.
"Hapoel" ən yaxşı pressinq tətbiq edən komanda idi. Bunun nəticəsində qol buraxdıq. Transfer məsələsinə gəlincə, Çempionlar Liqası üçün futbolçular təyin etmişik. Ona görə də transfer barəsində düşünmürük", - deyə o əlavə edib.
Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.