"Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb
- 19:30
- 35
"Sabah" basketbol klubu ABŞ-dən olan oyunçu Frenki Fidleri heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 2025-ci ildə peşəkar basketbola keçid edən Frenki Fidler Latviyanın "Rīqas Zelli" komandası ilə Avropada ilk mövsümünü keçirib.