
“Sabah” 6 yoxlama oyunu keçirəcək
- 21:00
- 40
Yeni mövsümə hazırlaşan "Sabah" basketbol klubunun hazırlıq planı bəlli olub.
Rekord.az xəbər verir ki, avqustun 24-də Litvaya yollanacaq "bayquşlar" toplanış zamanı 6 yoxlama oyunu keçirəcək.
Paytaxt təmsilçisi sınaq matçlarında Litvanın “Nevejis”, “Jalgiris”, “Neptunas”, “Litkabelis” “Qarqjday” və “Ritas” klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışı Bristonas, Palanqa və Vilnüs şəhərlərində olacaq.