Saatlı rayonunda açıq qapı günü keçirilib.
- 07:00
- 35
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Saatlı OİK-də "23 İyun - Beynəlxalq Olimpiya Günü" nə həsr olunm açıq qapı günü keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idman növlərinin tanıdılması olub.
Açıq qapı günündə sərbəst güləş, taekvondo, cüdo, futbol, üzgüçülük, veloyürüyüş, stolüstü tennis və karting bölmələrinin fəaliyyəti nümayiş etdirilib.Tədbirdə 80-ə yaxın idmançı iştirak edib.
Açıq qapı günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.