Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İdman TV telekanalında redaktor vəzifəsində çalışan Sərxan İbrahimoğlu federasiyanın mətbuat xidmətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, Sərxan İbrahimoğlu tanınmış futbolçu, hazırda "Zirə"nin şərəfini qoruyan Ruslan Abışovun qardaşıdır.