 
        Ronaldonun oğlu millidə debüt edib
- 15:30
- 58
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun oğlu Ronaldo Junior Portuqaliyanın U-16 yığmasında ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə “O Jogo” nəşri məlumat yayıb.
15 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasına qarşı keçirilən görüşdə meydana son dəqiqələrdə daxil olub və cəmi 1 dəqiqə oynayıb. Portuqaliya millisi matçı 2:0 hesabı ilə qalib başa vurub.
Kiçik Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında futbol təhsili alır. Onun atası, 40 yaşlı Ronaldo 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanına köçüb və “Əl-Nəsr”lə olan müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərədir
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        