"Yuventus"un baş məşqçisi Andrea Pirlo cari mövsüm 6 matçda 8 qol vurub, 1 qolun ötürməsini veriən komandanın hücumçusu Kriştiano Ronaldo ilə münasibətlərindən danışıb.

Rekord.az xəbər verir ki, o, goal.com-a bununla bağlı açıqlamasında deyib:

"Kriştiano ilə bütün digər oyunçular kimi davranıram. Təvazökar insanlarla yaxşı münasibət quranda asan olur. Kriştiano ilə gənc futbolçularımız olan

Canluka Frabotta ya da Manolo Portanova ilə eyni davranıram. Futbolçu olduğum zaman etdiyim hər şeyi edirəm. Ronaldo ilə xüsusi bir münasibət yoxdur".