
“Roma”nın yeni baş məşqçisi bəlli oldu
- 06 İyn 2025 19:30
- 50
"Roma"nın yeni başq məşqçisi açıqlanıb.
Rekord.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Can Pyero Qasperiniyə tapşırılıb.
67 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb.
Qasperini 2016-cı ilin yayından çalışdırdığı "Atalanta"dan bugünlərdə ayrılıb. Berqamo təmsilçisi onun rəhbərliyi altında bütün turnirlərdə 439 matça (228 qələbə, 101 heç-heçə, 110 məğlubiyyət) çıxıb. Qasperini berqamolularla 2024-cü ildə finalda "Bayer"i yenərək (3:0) Avropa Liqasının qalibi olub. "Atalanta" geridə qalan mövsümdə A Seriyasındakı mübarizəni 3-cü pillədə tamamlayıb.