AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda II Liqanın 24-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qusar” – “Baku Sportinq” oyununun 85-ci dəqiqəsində “Qusar” klubunun 15 nömrəli futbolçusu Firudin Ağalarov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qusar” klubu 50 manat cərimə edilib.

“Kürmük Qax” – “Şəmkir” oyununun 29-cu dəqiqəsində “Kürmük Qax” klubunun 9 nömrəli futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kürmük Qax” klubu 300 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununun 63-cü dəqiqəsində “Şəfa” klubunun 44 nömrəli futbolçusu Ramiz Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Şəfa” klubu 50 manat cərimə edilib.

“Göygöl” – “Füzuli” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilib.

“Göygöl” – “Füzuli” oyunu “Füzuli” klubunun formasında qüsurlar olması səbəbindən 7 dəqiqə gec başladığına görə “Füzuli” klubu 80 manat cərimə edilib.