Ramiz Məmmədov 2 oyunluq cəzalandı
- 14:40
- 38
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Mingəçevir” – “Şəfa” oyununun 63-cü dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Mingəçevir” komandası 1500 manat cərimə edilib.
“Mingəçevir” – “Şəfa” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Mingəçevir” komandası 1500 manat cərimə edilib.
“Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Şimal” oyununun 90+3-cü dəqiqəsində “Şimal” komandasının 14 nömrəli futbolçusu Sabir Əlişan qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Şimal” komandası 2400 manat cərimə edilib.
“Difai” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilib.