“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq.

Yaxşı futbol üçün yaxşı meydança vacibdir. Süni örtükdə topu düzgün ram etmək, sürətli oynamaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən maksimum yararlandı. Futbolçularımız əziyyət çəkdi. "Keşlə"yə və Sənan Qurbanova uğurlar arzu edirəm.

Zubirin başla qol vurmağı yadıma gəlmir. Qoldan sonra sevinərək, mənə tərəf gəldilər. Bunun xüsusi bir səbəbi yoxdur”.